Əsas Səhifə > Dünya > Ukraynanın Nikolayev şəhərinə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb - Yenilənib

Ukraynanın Nikolayev şəhərinə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb - Yenilənib


5-04-2022, 09:23
Ukraynanın Nikolayev şəhərinə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb - Yenilənib

Ukraynanın Nikolayev şəhərinin Rusiya qoşunları tərəfindən atəşə tutması nəticəsində uşaq xəstəxanasında olan bir uşaq və bir kişi həlak olub. Ticarət mərkəzinə düşən mərmi nəticəsində daha 9 nəfər ölüb, 61 nəfər yaralanıb.

Bu barədə Nikolaev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

"Bunun heç bir məntiqi yoxdur, bura şəhərin mərkəzidir, insanlar sadəcə öz işləri ilə məşğul idilər, Rusiya işğalçıları isə “Uraqan”la, “Smerç”lə və ya nə atsalar atırlar. Beyinləri krevetka kimidir. Mən başa düşdüyüm kimi, onlar çaxnaşma yaratmaq, əldən salmaq istəyirlər. Amma mülki vətəndaşları atəşə tuturlar - bu faktdır. Onların hərbi hədəflərdən yayınmalarını anlayıram, amma bunlar uşaq xəstəxanalarıdır, şəhərin mərkəzidir. Nadir eybəcərlər", - o əlavə edib.

04.04.2022

Rusiya ordusu Nikolayev şəhərinə raket zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç Telegram kanalında məlumat yayıb.
Zərbələr nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.
Mer, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri şəhəri klaster mərmiləri ilə atəşə tutur.
Bundan əvvəl məlum olub ki, Nikolayevdə avtobus dayanacağında dayanan dinc sakinlər, həmçinin mikroavtobusların sərnişinləri atəşə məruz qalıb.
Ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri vurulub.

Rubrika.az
Geri qayıt