Əsas Səhifə > Cəmiyyət > Sabahın havası -güclü külək, yağış, qar
Sabahın havası -güclü külək, yağış, qar5-04-2022, 15:06 |
![]() Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq olacaq. Cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq. Rubrika.az Geri qayıt |