Əsas Səhifə > Din > Ramazan ayının yeddinci gününün iftar və namaz vaxtları
Ramazan ayının yeddinci gününün iftar və namaz vaxtları8-04-2022, 15:20 |
|
Bu gün Ramazan ayının yeddinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-də iftar vaxtı isə 19:26-dadır. Yeddinci günün iftar vaxtı üçün duanı təqdim edirik: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Aprelin 8-i üçün namaz vaxtları: Sübh azanı 04:51 Zöhr azanı 12:43 Əsr azanı 17:18 Məğrib azanı 19:26 İşa azanı 20:30 Allah orucunuzu qəbul eləsin! Rubrika.az Geri qayıt |