Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada COVID-19-dan ölən yoxdur - FOTO

Azərbaycanda son sutkada COVID-19-dan ölən yoxdur - FOTO


11-04-2022, 17:17
Azərbaycanda son sutkada COVID-19-dan ölən yoxdur - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.

Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb.

Rubrika.az
Geri qayıt