Əsas Səhifə > İdman > Rusiya klublarını və milli komandasını kompüter oyunundan da çıxartdılar

Rusiya klublarını və milli komandasını kompüter oyunundan da çıxartdılar


14-04-2022, 09:19
Rusiya klublarını və milli komandasını kompüter oyunundan da çıxartdılar

ABŞ-ın oyun istehsalı ilə məşğul olan “Electronic Arts” (EA) şirkəti Rusiya klublarını və milli komandasını “FIFA 22” futbol oyununun proqramından xaric edib.

Həmçinin “FIFA 22”də Rusiya Federasiyası ərazisində olan stadionları da seçmək mümkün olmayacaq.

“Electronic Arts”dan verilən məlumatda qeyd olunur ki, şirkət rəhbərliyi və onun əməkdaşları Ukrayna xalqı ilə həmrəydir və Ukraynaya qarşı təcavüzün dayandırılmasına çağırır.

Rubrika.Az
Geri qayıt