Əsas Səhifə > Cəmiyyət > Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI
Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI14-04-2022, 11:57 |
|
“Ümumtəhsil müəssisələrinin I siniflərə qəbulla bağlı son hazırlıq işləri gedir”. Rubrika.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu iyul ayından planlaşdırılır: “Hazırda müəssisələrin Təhsil Nazirliyinə verilməsi vaxt alır. Müvafiq elektron sistemləri işlək vəziyyətə gətirmək üçün vaxt lazımdır”. Nazirlik rəsmisi əlavə edib ki, uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb. RUBRİKA.AZ Geri qayıt |