Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - Rəsmi
Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - Rəsmi15-04-2022, 10:07 |
|
“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir: “Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”. O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq. RUBRİKA.AZ Geri qayıt |