Əsas Səhifə > Manşet > Deputat: Azərbaycan Avropa üçün tərəfdaş olmaqla yanaşı, həm də vacib ölkədir

Deputat: Azərbaycan Avropa üçün tərəfdaş olmaqla yanaşı, həm də vacib ölkədir


16-04-2022, 15:39
Deputat: Azərbaycan Avropa üçün tərəfdaş olmaqla yanaşı, həm də vacib ölkədir

Azərbaycan-Albaniya münasibətlərinin və diplomatik əlaqələrin qurulması müstəqilliyimizin ilk illərinə təsadüf edir. Sonrakı dövrdə isə ölkələr arasında siyasi dialoq yeni mərhələyə daxil olaraq ikitərəfli əməkdaşlığın daha geniş müstəviyə keçidini şərtləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən forumda Albaniyanın prezident səviyyəsində təmsil olunması, qlobal çagırışlara töhfəsi də iki ölkə arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə nəticələnib.
 
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
 
Deputat bildirib ki, Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana səfəri dostlugun, etimadın və ölkələrarası əlaqələrin yüksələn xətlə inkişafının davamı kimi mühüm önəm daşıyır:

"Edu Ramanı səmimiyyətlə qarşılayan Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əlaqələrinin inkişafına geniş təkan verəcəyini bildirərək, ikitərəfli münasibətlərin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün güclü potensial olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı daha sonra Azərbaycanın Avropaya təbii qazın ixracatçısına çevrildiyini və ölkəsinin bu təşəbbüsü dəstəklədiyini qonagın diqqətinə çatdıraraq, Albaniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında  davamlı iştirakını yüksək qiymətləndirdi. Prezident Albaniyanın bu tarixi layihəni icra etmiş ölkələrdən biri oldugunu vurğulayaraq, Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyətini yüksək dəyərləndirdi.

Ölkəmizə səfərindən məmnun olan Albaniyanın Baş naziri ölkəsinin ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı və onun tarixi hüquqlarını dəstəklədiyini və budan sonra da bu siyasi xəttin davam etdiriləcəyini bildirdi. Eyni zamanda, Prezident İlham Əliyevin Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş səylərini alqışlayaraq, bunu bölgədə əmin-amanlığa yönələn siyasət kimi qiymətləndirdi.

Baş Nazir sonra daha çox işlər görməyin zərurilliyinə toxunaraq, əməkdaşlığımızın artırılması potensialına malik sahələrin oldugunu da diqqətə çatdırdı".
 
Rəşad Mahmudov bildirib ki, Azərbaycan Avropa üçün tərəfdaş olmaqla yanaşı, həm də həyati əhəmiyyət daşıyan vacib ölkədir. Bu da ölkə başçısı tərəfindən düzgün qurulan strategiyanın, zərgər dəqiqliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsidir. Bir sözlə, dünya Prezident İlham Əliyevin lideri oldugu qüdrətli Azərbaycanın yaratdıgı reallıqları qəbul edir və ölkəmizin təşəbbüsləri təqdir olunur.

Rubrika.az
Geri qayıt