Əsas Səhifə > Aktual > Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı

Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı


20-04-2022, 17:15
Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında digər şahidlər dindirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev məhkəmə ekspertizası ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Bildirilib ki, məhkəmə istintaqı başa çatıb. Növbəti prosesdə çıxışlar mərhələsinə başlanılacaq.
Məhkəmə iclası aprelin 25-nə təyin edilib.(report)

Rubrika.az
Geri qayıt