Əsas Səhifə > Dünya > Şoyqu Putinə Mariupolun nəzarətə götürüldüyünü birbaşa məruzə etdi

Şoyqu Putinə Mariupolun nəzarətə götürüldüyünü birbaşa məruzə etdi


21-04-2022, 11:47
Şoyqu Putinə Mariupolun nəzarətə götürüldüyünü birbaşa məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 21-də Rusiya Prezidenti Vladimir Putinə birbaşa məruzəsində Mariupol şəhərinin nəzarətə götürüldüyünü elan edib.

S.Şoyqu həmçinin bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 2 000-ə yaxın hərbçisi olub.
O, həmçinin əlavə edib ki, ukraynalı hərbçilər hazırda zavodun ərazisində mühasirədədirlər.
Öz növbəsində V. Putin Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu məqsədəuyğun saymadığını açıqlayıb.

Rubrika.Az
Geri qayıt