Əsas Səhifə > Səhiyyə > ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verdi
ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verdi22-04-2022, 10:57 |
|
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nirmatrelvir və ritonavir dərmanlarını ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələrdə yüngül və orta dərəcədə koronavirusun müalicəsi üçün tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib. Qeyd olunub ki, bu tövsiyə 3000-dən çox xəstə ilə aparılan iki tibbi araşdırmaya əsaslanıb: "ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələri üçün "Paxlovid" adı altında satılan nirmatrelvir və ritonaviri şiddətlə tövsiyə edib". Təşkilatdan bildiriblər ki, bu dərman ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələr, o cümlədən peyvənd olunmayanlar, həmçinin yaşlı insanlar və immuniteti zəif olanlar üçün "hazırda ən yaxşı terapiya seçimidir". Tədqiqatlar göstərib ki, bu dərmanı qəbul etmək xəstəxanaya yerləşdirmə riskini 85% azaldır. Bununla belə, ÜST "aşağı riskli" xəstələrdə nirmatrelvir və ritonavir qəbul etməməyi tövsiyə edir, çünki tədqiqatlar bu halda bu dərmanın faydasının "cüzi" olduğunu göstərib. Rubrika.az Geri qayıt |