Əsas Səhifə > Dünya > Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib"

Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib"


26-04-2022, 14:53
Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib"

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini – 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanaldı raketini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.
Məlumata görə, ötən sutkada Donetsk və Luqansk vilayətlərində rəqibin 6 hücumunun qarşısı alınıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 avtomobil texnikası, 2 yanacaqdaşıyan maşın, bir zenit qurğusu məhv edilib.
Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.

Rubrika.Az
Geri qayıt