Əsas Səhifə > Təhsil > Ümumi təhsil müəssisələrinin təsnifatına dəyişiklik edilir - Siyahı
Ümumi təhsil müəssisələrinin təsnifatına dəyişiklik edilir - Siyahı26-04-2022, 16:50 |
|
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir. Bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub. Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub. Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq: - inteqrasiya təlimli ümumtəhsil məktəbi; - Xüsusi ümumtəhsil məktəbi; - Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; - internat tipli lisey; - internat tipli gimnaziya; - İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi; - İnternat tipli xüsusi ümumtəhsil məktəbi; - İnternat tipli sanator ümumtəhsil məktəbi; - Digər məktəblər. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. RUBRİKA.AZ Geri qayıt |