Əsas Səhifə > Səhiyyə > ÜST mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı araşdırmaya başlayıb
ÜST mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı araşdırmaya başlayıb27-04-2022, 11:18 |
![]() Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit hallarını fəal şəkildə araşdırır. Rubrika.az xəbər verir ki, bunu ÜST-nin baş elmi işçisi Filippa İsterbruk bildirib. Onun sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır: “Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk. Biz ölkələr tərəfindən bizə bildirilən həm köhnə, həm də yeni halları araşdırırıq”. Mütəxəssis aydınlaşdırıb ki, hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə (mədə və nazik bağırsağn selikli qişasının iltihabı – Red) səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib. Rubrika.Az Geri qayıt |