Əsas Səhifə > Gündəm > Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib2-05-2022, 09:40 |
|
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. O bu barədə öz “Instagram” hesabında paylaşım edib: “Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!” Rubrika.az Geri qayıt |