Əsas Səhifə > Cəmiyyət > Bakıda bahalı maşınlara qənim kəsilən şəxs ələ keçdi
Bakıda bahalı maşınlara qənim kəsilən şəxs ələ keçdi3-05-2022, 15:23 |
|
Bakıda avtomobilləri yandıran şəxs aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |