Əsas Səhifə > RubrikaTV Video > Bakıda ad günü olan məktəbli qız özünü binadan ataraq kişinin başına düşdü - Yenilənib, Anbaan video
Bakıda ad günü olan məktəbli qız özünü binadan ataraq kişinin başına düşdü - Yenilənib, Anbaan video3-05-2022, 17:15 |
|
Bakıda məktəbli qızın intihar etməsinin görüntüləri yayılıb. Hadisə yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunub. Videoda 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan özünü atması və aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşməsi görünür. Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb. *** Bakının Xətai rayonunda məktəbli qız intiharı ilə bağlı yeni məlumatlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub. *** Bakıda məktəbli intihar edib. Lent.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir. https://ok.ru/video/3658121546346 Rubrika.az Geri qayıt |