Əsas Səhifə > Dünya > Kiyev vilayətində 1235 mülki sakinin meyiti aşkarlanıb
Kiyev vilayətində 1235 mülki sakinin meyiti aşkarlanıb5-05-2022, 10:17 |
|
“Son 24 saat ərzində Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən daha 20 mülki vətəndaşın meyiti tapılıb”. Bu barədə Kiyev regionunun polis departamentinin rəhbəri Andrey Nebitov deyib. Nebitovun sözlərinə görə, mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi 1235 mülki vətəndaşın meyitini aşkar edib və müayinə edib. 282 nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib. O qeyd edib ki, çox sayda mülki vətəndaş Rusiya qüvvələri tərəfindən Ukraynadan zorla deportasiya edilib və bu şəxslərlə əlaqə kəsilib. Rubrika.Az Geri qayıt |