Əsas Səhifə > İstisadiyyat > Azərbaycanda "dizel" avtomobillərin qiyməti kəskin artıb - DETALLAR
Azərbaycanda "dizel" avtomobillərin qiyməti kəskin artıb - DETALLAR9-05-2022, 16:27 |
![]() Azərbaycanda istismar müddəti 7 ildən çox olan dizel mühərrikli avtomobillərin qiyməti 20 faiz qalxıb. Bu isə dizel mühərrikli avtomobillərə tətbiq edilən rüsumların artması ilə əlaqəlidir. Qeyd edək ki, ölkədə dizel ən ucuz yanacaq növü hesab edilir və avtomobil istifadəçiləri son zamanlar bu avtomobillərə üstünlük verməyə başlayıblar. Dizel mühərrikli avtomobillər ətraf mühit üçün zərərli olsa da, vətəndaşın cibinə uyğu olduğu üçün çox zaman belə avtomobillərə üstünlük verirlər. Rubrika.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin yanvar ayında ölkəyə idxal olunan ekoloji təmiz avtomobillər ƏDV-dən azad edilib. Qiymətləri endirilib. Bununla yanaşı, Azərbaycana idxal olunan istehsal ili 7 ildən çox olan mühərrik həcmi iri olan və dizel mühərriki ilə çalışan avtomobillər üçün idxalda müəyyən rüsumlar artırılıb. “Burada həm qiymət balanslaşdırılması həyata keçirilib, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı bu addım atılıb. Ekoloji təmiz avtomobillərin qiymətləri endirilir, ekoloji təmiz olmayan və artıq köhnəlmiş avtomobillərin ölkəyə idxalı isə, bir qədər əngəllənir. Düzdür, tamamilə bunun qarşısı alınmır. Çünki sənayedə bu növ avtomobillər istifadə olunur. Sadəcə daha çox təşviq olunur ki, vətəndaşlarımız ölkə daxilində daha çox ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük versinlər. Bu, istehsal məkanından və istehsal ölkəsində asılı olmayaraq bütün növ avtomobillərə aiddir”,- deyə ekspert bildirib. Xatırladaq ki, bu ildən Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2 və dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub. Avtomobil satışı ilə məşğul olan Cəfər Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, hazırda avtomobil bazarında alver demək olar ki, yox dərəcəsindədir. Satışa qoyulan avtomobillrə 4-5 aya ancaq satılır. Bu isə, bir daha sübut edir ki, pandemiyadan sonra Azərbaycan vətəndaşının maddi durumu hələ də stabilləşməyib: “İndi daha çox köhnə avtomobillərə üstünlük verilir. Yəni vətəndaşlar daha çox 10 min manat dəyərində avtomobillərin satışı və alışı ilə maraqlanır. Yeni avtomobillərə maraq olsa da, alan yoxdur”. RUBRİKA.AZ Geri qayıt |