Əsas Səhifə > Qanun > Əfv Komissiyasının növbəti iclasının tarixi açıqlandı

Əfv Komissiyasının növbəti iclasının tarixi açıqlandı


9-05-2022, 17:26
Əfv Komissiyasının növbəti iclasının tarixi açıqlandı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub. Rubrika.Az AzVision.az-a istinadla xəbər verir ki, komissiyanın iclası may ayının 14-də keçiriləcək.

Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən üç iclasında ümumilikdə 300-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Rubrika.Az
Geri qayıt