Əsas Səhifə > Cəmiyyət > Payızda maska yenidən qayıda bilər? - AÇIQLAMA
Payızda maska yenidən qayıda bilər? - AÇIQLAMA12-05-2022, 10:57 |
|
“Maska rejimi ləğv olunub. Demək olar ki, tək-tük məhdudiyyətlər qalıb”. Rubrika az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərin ölkədəki karantin rejimi, maskanın ləğvi ilə bağlı suallarını cavablandırarkən deyib. O bildirib ki, bununla bağlı yaxın zamanda ÜST-ün Avropa Bürosunun direktoru ölkəmizdə səfərdə olub: “Bu məsələ yaxından müzakirə edilib. O öz açıqlamasında qeyd etdi ki, xüsusilə payız aylarında ayıq-sayıq olmaq lazımdır. Şərt o deyil ki, koronavirusla bağlı hər hansı sıçrayış olsun. Koronavirus SARS-CoV2 virusu dəfələrlə sürprizlər göstərib, mutasiyalara uğrayıb. Lakin yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər ehtiyatlı olmağı və gözləməyi tövsiyə edirəm”.(oxu.az) Rubrika.az Geri qayıt |