Əsas Səhifə > Qanun > “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib
“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib10-05-2022, 14:46 |
![]() Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Sənədə əsasən, “Sərhəd mühafizə orqanları haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib: 1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib; 24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib. RUBRİKA.AZ Geri qayıt |