Əsas Səhifə > Cəmiyyət > “Radioquraşdırma zavodu”nun direktoru işdən çıxarıldı - Onun yerinə isə...

“Radioquraşdırma zavodu”nun direktoru işdən çıxarıldı - Onun yerinə isə...


10-05-2022, 16:22
“Radioquraşdırma zavodu”nun direktoru işdən çıxarıldı - Onun yerinə isə...

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilib.

Müəssisəyə rəhbərlik Rzabəy Məmmədova həvalə olunub.

Xatırladaq ki, "Radioquraşdırma zavodu" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır. (report)

Rubrika.Az
Geri qayıt