Əsas Səhifə > Cəmiyyət > Bakıda polis bölməsində özünü pəncərədən atan şəxslə bağlı AÇIQLAMA
Bakıda polis bölməsində özünü pəncərədən atan şəxslə bağlı AÇIQLAMA11-05-2022, 11:16 |
![]() Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslər bağlı yayılan xəbərlərə münasibət bildirilib. Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotika aludəçisidir, narokotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”. Qetd edək ki, ötən gün bölməyə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Rubrika.az Geri qayıt |