Əsas Səhifə > Cəmiyyət > “Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI
“Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI13-05-2022, 17:50 |
![]() Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Soliton LTD” MMC-yə iş qaldırıb. Rubrika.az Banker.az-a istinadən xəbər verir ki, işə 17 may tarixində baxılacaq. Dövlət Xidmətindən verilən məlumata görə, iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətlərinə görə qaldırılıb. Qeyd edək ki, qanunun 9-cu – “İstehlakçıların çaşdırılması” maddəsinin üçüncü abzasına əsasən, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanmasına yol verilmir. Rubrika.az Geri qayıt |