Əsas Səhifə > İstisadiyyat > Bankların VÖEN ilə bağlı YENİ OYUN QAYDALARI...
Bankların VÖEN ilə bağlı YENİ OYUN QAYDALARI...19-05-2022, 10:52 |
![]() “Mərkəzi Bankın qanunsuz, qeyri-rəsmi göstərişini nəzərə alan kommersiya bankları vətəndaşların bilgisizliyindən yararlanaraq, onların 20 min manat və daha çox pulu xarici valyutaya dəyişməyin yolunun yalnız VÖEN almaqla mümkün olduğunu deyir”. Bunu iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib. Qeyd edək ki, bu mövzu sosial şəbəkələrdə də geniş şəkildə müzakirələrə səbəb olub. Bir çox vətəndaş manatı dollara dəyişmək üçün onlardan VÖEN tələb olunduğunu yazıb. Bunun isə qanuni olub-olmaması insanlarda fikir ayrılığının yaranmasına səbəb olub. Maraqlıdır, banklar valyuta dəyişməyə görə vətəndaşlardan nə üçün VÖEN istəyir? Dia.az-ın məlumatınaa görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, bankların belə bir tələbi ola bilməz: “Bu, sadəcə tövsiyə xarakterli ola bilər. Hansı ki, vətəndaşların 20 min manat ekivalentində valyuta dəyişməsi il ərzində ümumiləşdirilir. Yəni bu, pulun mənbəyin göstərməyən şəxslərə şamil olunur. Bu, Mərkəzi Bankın özünün daxili qərarıdır. Bugünkü normativlər və Mərkəzi Bank tərəfindən banklara göndərilən sənəddə də bu əks olunub. Əgər siz mənzil və ya avtomobil sataraq külli miqdarda vəsait əldə etmisinizsə və onun satışını təsdiq edən sənədləriniz varsa, sizə heç bir limit tələb olunmur. Burada söhbət sadəcə pulun mənbəyini göstərmədən kommersasiya prosesindən gedir. Ümumiyyətlə, banklar vətəndaşlardan bunu tələb edə bilməz. Çünki bankların vətəndaşlardan VÖEN açmağı tələb etmək hüququ yoxdur. Sadəcə olaraq, banklar vətəndaşlara tövsiyə edə bilər ki, siz sahibkar kimi 20 min manatdan daha çox vəsait kommersasiya edə bilərsiniz. Əslində VÖEN açmaqla iş bitmir. Yəni VÖEN-də həmin vəsaitin dövriyyəsi görünməlidir. Sizin sahibklar kimi gəlirlərinizin haradan gəldiyi də göstərilməlidir. Yəni proses o qədər bəsit deyil. Vətəndaşlar nəzərə almalıdır ki, sadəcə VÖEN almaqla limitsiz şəkildə vəsait kommersasiya edə bilməzlər”. Rubrika.az Geri qayıt |