Əsas Səhifə > Aktual > Suraxanıda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Suraxanıda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb19-05-2022, 09:21 |
|
Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir. Rubrika.az Geri qayıt |