Əsas Səhifə > İstisadiyyat > “PAŞA Sığorta”da YENİ TƏYİNAT - FOTO
“PAŞA Sığorta”da YENİ TƏYİNAT - FOTO23-05-2022, 10:04 |
![]() Ölkənin ən iri sığorta şirkəti “PAŞA Sığorta” ASC-nin departamentlərindən birinə təyinat olub. Rubrika.az Banker.az-a istinadən xəbər verir ki, Murad Abbasov sığorta şirkətinin Strateji idarəetmə və maliyyə departamentin direktoru təyin edilib. M.Abassov vəzifəsinin icrasına 2022-ci ilin mayından başlayıb. O, son iki il idi ki, adıçəkilən departamentin direktor müavini idi. M.Abassov “PAŞA Sığorta” ASC-yə 2016-cı ildə gəlib. Bundan öncə Azərbaycan Mərkəzi Bankında çalışıb. Sığorta şirkətinin təşkilati strukturunda 13 departament fəaliyyət göstərir. Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur. RUBRİKA.AZ Geri qayıt |