Əsas Səhifə > Cəmiyyət > Qarabağa qanunsuz səfər edən daha bir nəfər ƏLƏ KEÇDİ - metal toplayırmış

Qarabağa qanunsuz səfər edən daha bir nəfər ƏLƏ KEÇDİ - metal toplayırmış


24-05-2022, 11:57
Qarabağa qanunsuz səfər edən daha bir nəfər ƏLƏ KEÇDİ - metal toplayırmış

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Rubrika.az
Geri qayıt