Əsas Səhifə > İstisadiyyat > Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – SƏBƏB
Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – SƏBƏB24-05-2022, 16:33 |
![]() İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Mcdonalds Azərbaycan” QSC barəsində məhkəmə iddiası qaldırıb. Rubrika.az yeniavaz.com-a istinadla xəbər verir ki, iddia bu gün – 24 may tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatına qəbul edilib. Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib. Məlumat üçün bildirək ki, Mcdonalds Azərbaycan” QSC 01.03.1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamı kapitalı 2 milyon 845 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir. Rubrika.az Geri qayıt |