Əsas Səhifə > Cəmiyyət > Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA
Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA26-05-2022, 09:07 |
![]() Bu il mövsümi meyvə və tərəvəzlərin əvvəlki illərlə müqayisədə baha olması iqlim şəraiti ilə bağlıdır. RUBRİKA.AZ xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib. Onun sözlərinə görə, may ayında havaların soyuq, yağıntılı keçməsi məhsuldarlığa ciddi təsir edir: "Bu da mövsümi meyvə və tərəvəzlərin bahalaşmasına səbəb olur", - deyə assosiasiya sədri bildirib. Qeyd edək ki, Bakıda "8-ci km" bazarında apardığımız müşahidələrə əsasən çiyələk 3-5 manat, alça 2-10 manat, gilas bəzi yerlərdə 8 manata satılır. Hətta bazarda bəzi satıcılar gilası 20 manata da təklif edir. Ağ və qara tutun arasında qiymət fərqi yoxdur - hər ikisi 4 - 8 manata satılır. Şaftalı 4-7 manat arası, ərik 5 manata, yemiş və qarpızın isə kilosu 2 manat aralığında dəyişir. Rubrika.az Geri qayıt |