Əsas Səhifə > Araşdırma > Cavid Qurbanovun vəzifə başında olan TAYFA BİRLİYİ... - SİYAHI
Cavid Qurbanovun vəzifə başında olan TAYFA BİRLİYİ... - SİYAHI26-05-2022, 09:12 |
![]() Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan, 30 illik dəmiryolçu Cavid Qurbanovun vəzifədə olan qohumları ilə bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb. RUBRİKA.AZ AzToday.az-a istinadla xəbər verir ki, şərti olaraq “Kəlbəcər klanı” adlandırılan Cavid Qurbanovun vəzifəli qohumlarının siyahısı: Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Eldar qızı Qasımova – Cavid Qurbanovun həyat yoldaşı, Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu, Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, “Az-Qo” MMC və “Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı, Milli Məclisin deputatı Aqil Məmmədov – Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu, Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov – əmisi oğlu Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu, Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu, Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov – Cavid Qurbanovun əmisi oğlu, “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu, “KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov – Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir, Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı – Cavid Qurbanovun yaxın adamı, Parlamentin deputatı Jalə Əliyeva – Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri, Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs, Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov – Cavid Qurbanovun qohumu. Rubrika.az Geri qayıt |