Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO


27-05-2022, 17:16
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 2 163, hazırkı dövrədək isə 6 885 286 test aparılıb.

RUBRIKA/AZ
Geri qayıt