Əsas Səhifə > Dünya > Putinin cəmi üç il ömrü qalıb - Özünə də bu barədə xəbərdalıq edilib...
Putinin cəmi üç il ömrü qalıb - Özünə də bu barədə xəbərdalıq edilib...30-05-2022, 10:37 |
|
Adı çəkilməyən FTX zabiti bildirib ki, Kremlin hökmranı görmə qabiliyyətini də itirir... Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edilib ki, sürətlə inkiişaf edən xərçəng xəstəliyi ilə əlaqədar olaraq cəmi üç il ömrü qalıb. PİA.az xəbər verir ki, bu barədə FTX-nın adı çəkilməyən agentinə istinadən Daily Mail nəşri yazıb. FTX zabiti Rusiya prezidentinin sağlamlıq vəziyyətini “sürətlə inkişaf edən xərçəng xəstəliyinin ağır forması” kimi dəyərləndirib və əlavə edib ki, Kremlin hökmranı görmə qabiliyyətini də itirir. Daha əvvəl Putinin Aleksandr Lukaşenko və Emomali Rəhmanovla görüşləri zaman qəribə şəkildə ağaqlarını tərpətməsi diqqət çəkmişdi. Nəşr hesab edir ki, ola bilsin ki, Putin həmin zaman Parkinson xəstəliyindən irəli gələn qeyri-iradi səyrimələri gizlətməyə cəhd edib. Lukaşenko ilə görüşdən əvvəl isə Putin qəribə əl hərəkətləri etmişdi və bundan sonra öz müvazinətini qoruyub saxlamaq üçün stul və masadan tutmuşdu. Mütəxəssislərin fikrincə bununla Putin bədənindəki səyrimələri maskalamağa çalışıb. Qeyd edək ki, bəzi Britaniya qəzetləri hətta Putinin artıq sağ olmadığını, Kremlin onu öxşarı ilə əvəz edib.(pia.az) Rubrika.Az Geri qayıt |