Əsas Səhifə > Dünya > Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”
Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”31-05-2022, 08:57 |
|
ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna biləcək reaktiv sistemlər verməyəcəyini bildirib. “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”, - deyə dövlət başçısı bəyan edib. Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, ABŞ bu həftə Ukraynaya yeni silah tədarükünü elan edə və bu çərçivədə 300 km-ə qədər məsafəyə zərbə endirməyə qadir olan HIMARS (High Mobility Advanced Rocket System) raket sistemlərini tədarük edə bilər. Rubrika.az Geri qayıt |