Əsas Səhifə > Səhiyyə > Son sutkada 8 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Son sutkada 8 nəfər koronavirusa yoluxub, ölən olmayıb31-05-2022, 17:04 |
|
Azərbaycanda bu gün koronavirus infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Rubrika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir. Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb. Rubrika.az Geri qayıt |