Əsas Səhifə > Mədəniyyət > Mirələmov roman oğurluğunda suçlandı, iş məhkəməyə gedir
Mirələmov roman oğurluğunda suçlandı, iş məhkəməyə gedir2-06-2022, 14:31 |
![]() Qalmaqala səbəb olan kitabın redaktoru: “O kitabın bütün səhifələri gözümün önündə yazılıb... ” “Əziz dostlar, Hüseynbala Mirələmovun imzası ilə çap olunan ”Ənvər Paşa" romanını mən yazmışam". Bunu öz “Facebook” hesabında tanınmış şair, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Sərvaz Hüseynoğlu paylaşıb. “Bütün akademiklər əsəri bəh-bəhlə, bir-birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdu”, - deyə, şair fikrini tamamlayıb. Məsələyə qarşı tərəfin reaksiyası gecikməyib. Hüseynbala Mirələmov məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib: ““Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu açıqlama verib ki, Hüseynbala Mirələmov imzası ilə çap olunan “Ənvər Paşa” romanını o yazıb. Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?! “Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım. Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Hüseynbala Mirələmov kimdir… Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü” ilə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib. Daha iki il niyə gözləyirdi ki, elə o vaxt söyləyərdi də bu mənfur yalanını... “Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram..." Hüseynbala Mirələmov nüfuzuna xələl gətirdiyinə görə Sərvaz Hüseynoğlunu məhkəmə ilə hədələyib: “Halal müəlliflik hüququmu qanuni yolla müdafiə edəcəyəm və yazıçı nüfuzuma xələl gətirmək cəhdinə görə Sərvaz Hüseynoğlunu məhkəməyə verməyi düşünürəm”. Qeyd edək ki, Hüseynbala Mirələmovun bu açıqlamasından sonra Sərvaz Hüseynoğlu sosial şəbəkədəki qalmaqallı açıqlamasını silib. Məsələyə aydınlıq gətirmək üçün şairlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz alınmadı. Xatırladaq ki, bir neçə il əvvəl də Hüseynbala Mirələmovun Azərbaycan Dövlət Dram Teatrı üçün yazdığı əsərlərin ona məxsus olmadığı haqda iddialar yayılmışdı. Bir qrup yazıçı və aktyor isə teatr sahəsindəki durğunluğun səbəbini repertuarların zəifliyi, dramaturgiyadan uzaq, teatral mühitə uyğun olmayan bayağı və dayaz əsərlərin teatrlara ayaq açması ilə əlaqələndirirdilər. Xüsusən də məmur yazıçıların, o cümlədən Hüseynbala Mirələmovun əsərləri üzərində səhnələşdirilən tamaşalar tənqid olunur, aktyorların həmin tamaşaları həvəssiz oynadıqları iddia edilirdi. Bəs Sərvaz Hüseynoğlunun “”Ənvər Paşa" mənim kitabımdır" deməsi nə qədər doğrudur? Dünyanın gözəlliyi ondadı ki... - Sərvaz HÜSEYNOĞLU | Edebiyyatqazeti.az Xatırladaq ki, adıçəkilən kitab ötən il çapdan çıxıb. Kitabla bağlı məlumatda bildirilir ki, “Yurda fəda üç paşa” trilogiyasının birinci kitabı olan “Ənvər Paşa” əsərində görkəmli tarixi şəxsiyyətin həyat və yaradıcılıq yoluna yeni rakursdan nəzər salınıb. Müəllif arxiv materialları və sənədlər əsasında Ənvər Paşanın Azərbaycanla əlaqələri və millətimizin öndə gedən aydınları ilə olan dostluq münasibətlərini, Turan İslam İmperatorluğu qurmaq uğrunda apardığı böyük mücadiləni, şəxsi yaşantılarını, sevgisini və iztirablarını, Tacikistanın Bəlcivan torpağında şəhidlik məqamına yüksəlişini yazıçı təxəyyülünün bədii ümumiləşdirmələri ilə qələmə alıb. Kitabda Ənvər Paşanın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar da yer alıb. Nəğmələrimiz – ruhumuzun laylası Mövzu ilə bağlı “Ənvər Paşa” kitabının redaktoru, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli “Yeni Müsavat”a danışıb: “Mən yazını Sərvaz Hüseynoğlundan deyil, Hüseynbala Mirələmovdan almışam və Sərvaz Hüseynoğlu ilə də tanışlığım yoxdur, onu heç görməmişəm. Hüseynbala Mirələmov məni çox yaxşı tanıyır və bilir ki, bu mövzuya çox həssasam. Mənim bir çox kitablarım da məhz bu mövzudadır. Ona görə də bu kitabı mənə həvalə etdi. Hüseynbala Mirələmov tarixi mövzulara müraciət etməyi çox sevir. Onun Səfəvilər dövründən Nadir şah haqqında çox gözəl kitabları var. Ümumiyyətlə, tariximiz həm dərsliklərdə, həm də sovet zamanında yanlışlıqla yazılıb. Yaxşı ki, 30 il müddətində tarixçilərimizlə yanaşı yazıçılarımız da bunu anlayıb və həqiqi tariximizi yazmağa başlayıb. İstər Şah İsmayıl Xətai, Nadir şah, Təhmasib şah və sairə tarixi şəxsiyyətlər haqqında səviyyəli şəkildə yazılar yazılır, öz həqiqi dəyərini tapır. Bu, bizim dövlətçilik tariximizdir. Eləcə də “Ənvər Paşa” kitabı Azərbaycan və Türkiyənin sarsılmaz dostluğuna həsr olunub. Qeyd edim ki, bu mövzuda ilk yazan şəxsən mənəm. Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra bu mövzuda kitablar yazmağa başlamışdım. Beləliklə, indi bu mövzuda kitablar yazılırsa, buna niyə qısqanclıqla yanaşılmalıdır? Niyə “qara düşüncəli” insanlar məsələyə bu cür müdaxilə etmək istəyirlər? Bəs bilmirlər ki, bu cür böhtan, iftiralara məhkəmədə cavab verilir? İnsanlar niyə öz talelərinə yüngül yanaşır? Bu cür gözəl kitabın çapdan çıxmasını alqışla qarşılamaq əvəzinə niyə məsələyə xəbis münasibət bildirirlər? Bu, ziyalıya, şairə heç cür yaraşmır. Bu nə deməkdir?! “Ənvər Paşa” kitabı Hüseynbala Mirələmovun bu mövzudakı ilk kitabıdır. O, mövzunu davam etdirərək, trilogiya yazmaq istəyir. Bu kitabın səhifələri tam mənim gözümün önündə yazılıb. O kitabın səhifələrini bir-bir görmüşəm. İlk əlyazmalar da mənim kompüterimdə qalır. Hətta yazıçı bəzi qaynaqlar üçün mənə müraciət etmişdi. Bu gün Bakının xilas olmasında iştirak edən Ənvər Paşa və digərlərinin adına Bakıda küçə və yaxud hansısa barelyef yoxdur, amma bu cür kitabların çıxması mənim bu nisgilimin üstünə su səpir".(musavat.com) Rubrika.Az Geri qayıt |