Əsas Səhifə > Cəmiyyət > Bakının bu yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
Bakının bu yollarında nəqliyyatın sıxlığı müşahidə edilir2-06-2022, 09:50 |
|
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq; 2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq; 3. Binəqədi şossesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri - "Baksol" yolu ilə kəsişməyədək sıxlıq; 4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində; 5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində; 6. Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində; 7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq; 8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq; 9. Aeroport şossesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq; 10. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı Asan Xidmət mərkəzinin qarşısına qədər əsas yolda və "Bağırov" körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda; 11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər; 12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində; 13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq; 14. Rəşid Behbudov küçəsinin – Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Mərkəzi Bankın qarşısına qədər; 15. 28 May küçəsi – R.Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq; 16. Dilarə Əliyeva küçəsi - S.Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur. Rubrika.Az Geri qayıt |