Əsas Səhifə > İdman > Qadağan olunmuş yerdən zərbəyə görə dayandırılmış döyüş təkrar keçiriləcək - FOTO/VİDEO

Qadağan olunmuş yerdən zərbəyə görə dayandırılmış döyüş təkrar keçiriləcək - FOTO/VİDEO


2-06-2022, 12:42
Qadağan olunmuş yerdən zərbəyə görə dayandırılmış döyüş təkrar keçiriləcək - FOTO/VİDEO

Azərbaycanlı MMA idmançısı Aqşin Babayevin döyüşünün vaxtı bəlli olub.

O, “Brave” MMA təşkilatının 61-ci döyüş gecəsində İsveçrəni təmsil edən çeçen əsilli idmançı Hüseyn Kadimaqomayevlə təkrar döyüşəcək.
Bu döyüş avqustun 6-da Almaniyada baş tutacaq.
Qeyd edək ki, martın 11-də Bəhreyndə keçirilmiş ilk döyüşdə Hüseyn Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. Döyüşdən sonra Aqşin Babayev xəstəxanaya aparılmışdı.(oxu.az)

Rubrika.Az
Geri qayıt