Əsas Səhifə > Cəmiyyət > FHN Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb
FHN Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb6-06-2022, 11:46 |
![]() Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. FHN-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Rubrika.az Geri qayıt |