Əsas Səhifə > Səhiyyə > Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? - AÇIQLAMA
Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? - AÇIQLAMA6-06-2022, 17:40 |
|
“Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb”. Rubrika.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər: “Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək”. Rubrika.Az Geri qayıt |