Əsas Səhifə > Aktual > Bir ailənin altı üzvü ZƏHƏRLƏNDİ

Bir ailənin altı üzvü ZƏHƏRLƏNDİ


6-06-2022, 22:32
Bir ailənin altı üzvü ZƏHƏRLƏNDİ


Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

Kənd sakinləri - 1983-cü il təvəllüdlü M.Mehdixanov, 1978-ci il təvəllüdlü K.Məmmədova, 2008-ci il təvəllüdlü Z.Mehdixanova, 2011-ci il təvəllüdlü L.Mehdixanova, 2011-ci il təvəllüdlü Y.Məmmədov və 2017-ci il təvəllüdlü C.Məmmədov zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rubrika.az
Geri qayıt