Əsas Səhifə > İdman > Almanlar ingilislərdən AVRO-2020-nin qisasını almaq istəyirlər, Türkiyə Vilnüs səfərində - AFİŞA
Almanlar ingilislərdən AVRO-2020-nin qisasını almaq istəyirlər, Türkiyə Vilnüs səfərində - AFİŞA7-06-2022, 10:48 |
|
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. Rubrika.Az xəbər verir ki, maraqla gözlənilən oyun dördqat dünya çempionu Almaniyanın son Avropa çempionatının finalçısı İngiltərəyə qarşı keçirəcəyi matç olacaq. Hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq. Tərəflər sonuncu dəfə ötən il AVRO-2020-nin 1/8 final mərhələsində qarşılaşıblar. Həmin matçda Rahim Sterlinq və Hari Keynin ikinci hissədə vurduğu qollarla İngiltərə 2:0 hesabı ilə qalib gəlmişdi. İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olacaq. UEFA Millətlər Liqası A Liqası 3-cü qrup 22:45 Almaniya – İngiltərə 22:45 İtaliya – Macarıstan Xal durumu: Macarıstan – 3, Almaniya – 1, İtaliya – 1, Macarıstan – 0 B Liqası 3-cü qrup 20:00 Finlandiya – Monteneqro 22:45 Bosniya və Herseqovina – Rumıniya Xal durumu: Monteneqro – 3, Bosniya və Herseqovina – 1, Finlandiya – 1, Rumıniya – 0 C Liqası 1-ci qrup 22:45 Farer adaları – Lüksemburq 22:45 Litva – Türkiyə Xal durumu: Türkiyə – 3, Lüksemburq – 3, Litva – 0, Farer adaları – 0 Rubrika.Az Geri qayıt |