Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO
Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO7-06-2022, 17:26 |
|
Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir. Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb. Rubrika.az Geri qayıt |