Əsas Səhifə > Dünya > İranda qatar relsdən çıxdı: Çoxlu sayda ölən və yaralanan var

İranda qatar relsdən çıxdı: Çoxlu sayda ölən və yaralanan var


8-06-2022, 09:30
İranda qatar relsdən çıxdı: Çoxlu sayda ölən və yaralanan var

İranda Məşhəd-Yezd səfərini həyata keçirən qatar qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.

Sərnişin qatarının yeddi vaqonundan beşi relsdən çıxıb.

Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Rubrika.az
Geri qayıt