Əsas Səhifə > Dünya > İranda qatar qəzasında ölənlərin sayı 21-ə yüksəlib - Yenilənib
İranda qatar qəzasında ölənlərin sayı 21-ə yüksəlib - Yenilənib8-06-2022, 14:50 |
|
İranın şimal-şərqində yerləşən Tabas şəhərindən, təxminən, 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb. Bu barədə IRNA məlumat yayıb. Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. *** İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb. “Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib. O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib. Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub. Qəzanın səbəbi araşdırılır. Rubrika.Az Geri qayıt |