Əsas Səhifə > Aktual > Lisey və gimnaziyalara sənəd qəbulu başa çatıb - Diqqət!
Lisey və gimnaziyalara sənəd qəbulu başa çatıb - Diqqət!9-06-2022, 17:27 |
![]() Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu bu gün saat 17:00-da başa çatıb. Qeyd edək ki, lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir: • 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün); • 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün); • 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün); • 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün). Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyalar Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar: • Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası; • Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya; • Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası; • Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi; • Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey; • Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey; • Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey; • Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey; • Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; • Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey; • Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya Digərləri: • Bakı şəhəri Lütfi Zadə adına texniki-humanitar lisey; • Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; • Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; • Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey; • Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey; • Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb Qeyd edək ki, mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb. Rubrika.Az Geri qayıt |