Əsas Səhifə > İdman > “Formula-1”: Ən sürətli yenə Serxio Peres olub
“Formula-1”: Ən sürətli yenə Serxio Peres olub11-06-2022, 16:44 |
|
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. Apasport.az saytının məlumatına görə, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib. “Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib. Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar. RUBRIKA.AZ Geri qayıt |