Əsas Səhifə > Dünya > Paşinyanın avtomobilləri Moskvada zirehlənirmiş

Paşinyanın avtomobilləri Moskvada zirehlənirmiş


13-06-2022, 17:38
Paşinyanın avtomobilləri Moskvada zirehlənirmiş

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın tənqid atəşinə tuş gəlib. Baş nazir bu dəfə uğursuz diplomatiya və idarəçilik sistemi ilə deyil, büdcə pullarını şəxsi məqsədləri üçün sağa-sola dağıtmasına görə qınanılıb.

"Hraparak" yazır ki, Nikol Paşinyan özünün avtomobil parkını yeniləməkdə davam edir. Bir neçə gün əvvəl onun mühafizəsi və digər şəxsi işləri üçün nəzərdə tutulmuş avtomobillərin sırasına yeni “Toyota Hiace” mikroavtobusu peyda olub.

"Anladığımız qədəri ilə, o, Milli Təhlükəsizlik Xidmətinin(MTX) kamuflyajlı xüsusi qüvvələrini daşıyan və əvvəllər mövcud olan "Volkswagen Multivan" mikroavtobusunu əvəz edir. Bu avtomobil çoxdan istifadədə idi. Hətta Serj Sarkisyanın vaxtından parkda dayanıb. İndi Nikol Paşinyan və onun təhlükəsizliyini təmin edən Milli Təhlükəsizlik Xidməti baş nazirə xidmət edən yeni avtomobil almaq qərarına gəlib. Məsələ ilə bağlı hökumətin mətbuat xidmətindən bildirdilər ki, yazılı sorğu göndərin", - nəşr yazıb.

Məqalədə qeyd edilir ki, 4 ay əvvəl sözügedən "Toyota Hiace" mikroavtobusu avtosalondan təxminən 20 milyon drama və ya 40 min dollara alınıb.

"Lakin bu, baş nazirin "xüsusi donanması"nda əldə olunan yeganə nailiyyət deyil. Nikol Paşinyanın şəxsi xidməti üçün yeni zirehli maşın - cip də alıblar. Büdcə hesabına alınmış bu lüks yolsuzluq avtomobili "Lexus LX570"-dir. İndi rayonlara səfərlər zamanı Paşinyana məhz bu maşın xidmət göstərir. İrəvan avtosalonundan alınan bu maşın təxminən 110 min dollara başa gəlib, lakin satın alındıqdan sonra zireh üçün Moskvaya göndərilib. Nəticədə, baş nazirə xidmət edən yeni avtomobil təxminən 200 min dollara başa gəlib. Xatırladaq ki, Serj Sarkisyan vəzifədən gedənə qədər 10 ilə yaxın “S” sinifli “Mercedes” sürdü. Hakimiyyətə gəlişinin növbəti ilində isə Paşinyan təxminən yarım milyon dollar dəyərində iki yeni zirehli “S” sinifli “Mercedes” aldı", - müəllif yazıb.(AzVision.az)

Rubrika.Az
Geri qayıt