Əsas Səhifə > RubrikaTV Video > Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır - VİDEO

Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır - VİDEO


13-06-2022, 11:58
Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.



Rubrika.az
Geri qayıt